- Torbada 8 qırmızı, 5 sarı kürə var. Geri qaytarılmadan ardıcıl iki kürə çıxarılsa,
onlardan birincinin qırmızı, ikincinin isə sarı olması ehtimalını hesablayın.
- Qutuda 4 ağ, 3 qara kürə var. Təsadüfən çıxarılan 2 kürənin:
a) hər ikisinin ağ;
b) hər ikisinin qara;
c) birinin ağ, digərinin qara olması ehtimalını tapın.
- 9a sinfindən 12 nəfər, 9b-dən 8 nəfər olimpiadanın təşkilatı işlərində könüllü
olaraq iştirak etmək istəyir. Ardıcıl iki nəfər çağırılsa:
a) onların hər ikisinin 9b; b) birinin 9a, digərinin 9b;
c) hər ikisinin 9a sinfindən olma ehtimalı nə qədərdir?
- 1-dən 30-a qədər ədəd kartları qutuya yığılmışdır. Qutudan bir kart çıxarılsa,
bu kartdakı ədədin: a) 2-yə və ya 3-ə bölünən ədəd; b) 2-yə bölünüb, 3-ə
bölünməyən ədəd; c) həm 2-yə həm də 3-ə bölünən ədəd olması ehtimalını tapın.
- Qutuda sarı və yaşıl rəngdə 45 kürə var. Kürələrin sayları nisbəti uyğun olaraq
5 : 4 kimidir. Qutudan iki kürə çıxarılsa, hər ikisinin sarı rəngdə olma ehtimalı
nə qədərdir?
-
Venn diaqramına görə məsələləri həll edin.
Bir şagird seçilərsə, verilən şərtlərlə ehtimalını
hesablayın:
a) P (musiqi və ya rəsm)
b) P(dram və ya rəsm)
c) P (dram və musiqi və ya dram və rəsm)
- “Son xəbərləri haradan əldə edirsiniz” sorğusunun nəticəsi: 85% xəbərləri
internetdən oxuyur, 40% qəzetlərdən oxuyur, 25% hər ikisindən oxuyur.
Məlumati Venn diaqramı ilə təqdim edin. Respondentlər arasından təsadüfi
biri seçilsə, uyğun ehtimalı tapın: a) xəbərləri qəzetdən deyil, internetdən
alan şəxs olması; c) məlumati hər iki mənbədən alan şəxs olması.
- Torbada 3 iyirmimanatlıq, 2 onmanatlıq, 5 beşmanatlıq var. Geri qaytarılmadan
3 banknot çıxarılsa, birincinin beşmanatlıq, ikincinin onmanatlıq,
üçüncünün iyirmimanatlıq olma ehtimalı nə qədərdir?
- “ARABA” sözündəki hərflərin hərəsini bir karta yazıb qutuya yığdılar. Kartları
qutudan bir-bir çıxararaq sıraya düzdükdə “ARABA” sözünün alınması
ehtimalını tapın.