- 2, 3, 5, və 7 rəqəmlərindən rəqəmlərinin təkrarlanmaması şərtilə neçə üçrəqəmli ədəd düzəltmək olar?
Bu ədədlərdən təsadüfi biri seçilərsə, onun cüt ədəd olması ehtimalını tapın.
- a) Bir zər atilır. Düşən xalın tək ədəd və ya sadə ədəd olması ehtimalını hesablayın.
b) İki zər birlikdə atilır. Düşən xallar cəminin 7 və ya 11 olması ehtimalını tapın.
- Metal pul 3 dəfə atilır. Hər üçündə şəkil üzünün düşmə ehtimalı nə qədərdir?
- Sinif rəhbəri üç qız, beş oğlan arasından üç nəfəri məktəb şagird təşkilatina nümayəndə seçməlidir.
a) O bunu neçə müxtəlif üsulla edə bilər?
b) Bunların neçəsində hər üç nümayəndə oğlan olacaq?
c) Hər üç nümayəndənin oğlan olması ehtimalını tapın.
- Qutudakı 5 göy, 4 qırmızı kürədən istənilən üçü müxtəlif üsullarla götürülə bilər. Götürülmüş kürələrdən ən azı birinin göy rəngli olması ehtimalını tapın.
Qutuda hər birinin üzərində bir imtahan sualı yazılmış 60 kart var. Bu suallardan 45-ni öyrənmiş tələbə qutudan təsadüfi seçimlə 2 kart çıxarır. Tapın:
a) Tələbə hər iki sualı bilir hadisəsinin ehtimalını;
b) Tələbə hər iki sualı bilmir hadisəsinin ehtimalını;
c) Tələbə suallardan yalnız birini bilir hadisəsinin ehtimalını.
- 3, 4, 5, 6, 7, 10, 12, və 13 ədədlərinin hər biri ayı-ayrı kartlara yazılaraq torbaya yığılmışdır. Təsadüfi üç kart çıxarılsa, onların üzərində yazılmış ədədlərin Pifaqor üçlüyü olma ehtimalı nə qədərdir?
- Dostuna zəng etmək istəyən şagird nömrənin son iki rəqəmini unutmuşdur, bu rəqəmlərin müxtəlif olduğunu isə xatirlayır. Şagirdin ilk dəfə təsadüfən yığdığı nömrənin düzgün olması ehtimalını tapın.
- 3 qız, 2 oğlan müxtəlif ardıcıllıqla sıraya düzüldükdə oğlanların yanaşı olması ehtimalını tapın.
- Rəna və rəfiqəsi Leyla, həmçinin daha beş şagird məktəb şagird təşkilatinın sədri və müavini seçimində iştirak edirlər.
a) Rənanın sədr, Leylanın müavin seçilməsinin ehtimalını tapın.
b) Hər iki vəzifəyə rəfiqələrin seçilmə ehtimalını tapın.