-
a) 12 növ sərinləşdirici içkidən 3 müxtəlif içki seçmənin neçə mümkün
varianti var?
b) 20 nəfər arasından 2 finalçını müəyyən etməyin neçə mümkün varianti var?
-
Verilən hər bir kombinezona uyğun bir məsələ yazın.
-
İfadələri sadələşdirin.
Tətbiq tapşırıqları
-
Hansı halda permutasiyaların, hansı halda kombinezonların tapıldığını
müəyyən edin və hesablayın.
a) 20 növ güldən 3 növ gülün seçilməsi; b) Kredit kartinın üçrəqəmli kodu;
c) 10 idmançının iştirak etdiyi yarışda 1-ci, 2-ci, 3-cü yerlərin bölüşdürülməsi.
-
İdman malları mağazası yeni mövsüm mallarını almağa hazırlaşır. İdman
kostyumlarının 6 rəngdə, 4 stildə təklifi var. Mağaza sahibi 4 rəngdə, 2 stildə
kostyum seçməyi qərara aldı. Onun neçə seçim imkanı var?
-
Lamiyə öz adının hərfləri ilə 6 kiçik hərfdən ibarət e-mail parolu seçmək
istəyir. O bunu neçə üsulla edə bilər?
-
10 reklam lövhəsindən 3-ü ağ, 2-i boz, 5-i mavi rəngdədir. Bu lövhələri bir
cərgədə düzmənin neçə müxtəlif varianti var?
-
Azər, Anar, Əli, Vəli, Vidadi və Araz dəyirmi masanın ətratinda Əli ilə Vəli
yanaşı olmamaq şərti ilə neçə müxtəlif üsulla əyləşə bilərlər?
-
Çevrə üzərində 8 nöqtə qeyd edilmişdir. Təpələri bu nöqtələrdə olan neçə
üçbucaq qurmaq olar?
-
Şəkildə neçə paraleloqram saymaq olar?
-
10 suala iki cavab - doğrudur və yanlışdır yazmaqla neçə müxtəlif
variantda cavab vermək olar?
-
5 oğlan və 4 qızdan, hərəsində ən azı 1 qız olmaqla, 3 nəfərlik neçə müxtəlif
qrup yaratmaq olar?
-
Qabda 5 ağ, 3 qırmızı kürə var. Qabdan 2-si ağ, 1-i qırmızı olmaqla 3 kürəni
çıxarmağın neçə müxtəlif varianti var?