Düzümün 1-ci elementini n elementli çoxluqdan n üsulla, 2-ci elementini qalan (n - 1) elementdən (n - 1) üsulla və s., nəhayət k-cı elementini (n - k + 1) üsulla seçmək olar. Vurma qaydasına görə permutasiyaların sayı n • (n - 1) • ... • (n - k + 1) olur. Beləliklə alırıq:
Nümunə. 7P3 ifadəsinin qiymətini hesablayın.
Həlli. 7P3 = 7 • 6 • 5 = 210
Öyrənmə tapşırıqları
- “AZOT” sözündəki hərflərin hərəsi bir karta yazılıb. Bu kartların hər hansı ikisini yanaşı düzməklə alınan müxtəlif “sözlərin” sayını tapın.
- Hesablayın. a) 10P3 b) 7P2 c) 8P3 d) 5P4 e) 7P4
- Hansı böyükdür? a) 8P2, yoxsa 6P3 b) 10P3, yoxsa 7P5 c) 9P6, yoxsa 8P7
- Hesablayın.
- Fidanın 6 iş kostuyumu var. O, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri seminarda iştirak etməlidir. Fidan bu günlərin hər birində müxtəlif kostyumlar geyinirsə, onun neçə müxtəlif seçimi var?
- 4 məktubu 6 zərfə hər zərfə bir məktubdan artiq olmamaqla neçə müxtəlif üsulla yerləşdirmək olar?
- Sinifdə 20 şagird var. Sinif iclasını aparmaq üçün sədr və katibi neçə üsulla seçmək olar?
- Üç sərnişin 5 dayanacaqda hər dayanacaqda ən çoxu biri düşmək şərti ilə neçə müxtəlif üsulla avtobusu tərk edə bilər?
- 1, 2, 3, 4, 5, 6 rəqəmlərindən rəqəmləri təkrarlanmayan neçə üçrəqəmli ədəd düzəltmək olar? Onların neçəsi 200-dən böyükdür?