Tezlik paylanmasına görə ədədi orta
Qruplaşdırılmış məlumatin tezlik paylanmasına görə ədədi ortası aşağıdakı addımlarla tapılır.
1. Hər bir sinfin-intervalın orta nöqtəsi (x) tapılır.
2. Tezliklərin (f) cəmi tapılır
3. Hər sinfin orta nöqtəsinə uyğun ədəd (x) ilə tezliyin (f) hasili tapılır və nəticələr cəmlənir.
4. Ümumi məlumata uyğun ədədi orta hesablanır.
Sinif (danışıq müddəti) |
Tezlik (İşçilərin sayı) |
1-5 | 12 |
6-10 | 26 |
11-15 | 20 |
16-20 | 7 |
21-25 | 11 |
Nümunə. Cədvəl bir gündəki telefon danışıqlarının müddətinə görə şirkət işçilərinin sayını göstərir. Bu şirkətdə bir nəfər orta hesabla neçə dəqiqə telefonla danışır?
Həlli. Bu məsələdə qruplaşdırılmış məlumata uyğun ədədi ortanı hesablamaq tələb edilir.
1. Hər sinfin - inetrvalın orta nöqtəsini (x) müəyyən edib, cədvələ əlavə edilmiş sütunda yazaq.
2. Tezliklərin (f) cəmini tapaq: 12 + 26 + 20 + 7 + 11 = 76
3. Hər bir sinfin inetrvalın orta nöqtəsinə uyğun ədəd ilə tezliyin hasilini tapıb alınan nəticələri cəmləyək: 3∙12 + 8∙26 + 13∙20 + 18∙7 + 23∙11 = 883
4. Üçüncü nəticəni ikinci nəticəyə bölməklə ədədi ortanı tapaq:
Ədədi orta = 883
76 ≈ 11,6
Ədədi ortaya görə demək olar ki, bu şirkətdə hər işçi gündə orta hesabla 11,6 dəqiqə telefonla danışır.