Öyrənmə tapşırıqları
1) Histoqramlara görə müəyyən edin:
a) siniflərin sayını;
b) siniflərin ölçüsünü;
c) ən böyük və ən kiçik tezlikli sinifləri və bu siniflərin tezliklərinin təqribi
qiymətlərini;
2) Hər bir histoqrama uyğun tezlik poliqonunu qurun.
Tezlik poliqonuna görə tapşırıqları yerinə yetirin.
a) Ən böyük və ən kiçik tezliyi olan sinifləri müəyyən edin.
b) Təxminən neçə nəfərin 50-dən az bal topladığını söyləmək olar?