Məlumatın təqdimi. Tezlik histoqramından görünür ki, istifadəçilərin yarıdan çoxu yaşı 42-dən az olan şəxslərdir.
Tezlik poliqonu məlumatın tezliyə görə
paylanmasını qrafik olaraq əks etdirir.
Tezlik poliqonunu 2 üsulla qurmaq olar.
1. Histoqramdan istifadə etməklə:
• histoqram qurulur;
• intervalların orta nöqtəsi qeyd edilir
(histoqramın sütunu üzərində);
• bu nöqtələr birləşdirilir.
2. Tezlik cədvəlindən istifadə etməklə:
• absis oxu üzərində uyğun miqyasla sinfinintervalın
orta nöqtəsi, ordinat oxu üzərində
sinfə uyğun tezlik qeyd edilir.
• qeyd edilmiş nöqtələr birləşdirilir.
Alınan qrafik tezlik poliqonu adlanır.
Tezlik poliqonuna görə məlumati analiz etmək və yeni məlumatlar əldə etmək olar. Məsələn, tezlik poliqonundan (36,5;13) nöqtəsinin koordinatlarına görə müəyyən etmək olar ki, internet istifadəçiləri arasında orta yaşı (təxminən) 36,5 olan sinifdəki şəxslər çoxluq təşkil edir.
Nisbi tezlik histoqramı.
Toplanmış məlumatin müqayisəsinin asan, əyani olması üçün bir çox hallarda məlumati nisbi tezlik histoqramı və ya nisbi tezlik poliqonu ilə təqdim etmək daha əlverişli olur.
Tezlik histoqramından görünür ki, təxminən 25% istifadəçi 30 ilə 42 yaş arasındadır.