Öyrənmə tapşırıqları
Aşağıdakı məlumatları tələb olunan sayda siniflərdə qruplaşdırın.
a) Satış. Siniflərin sayı: 6
Məlumat: Avqust ayında satişdan əldə olunan məbləğ (manatla)
2114, 2468, 6992, 1876, 4105, 3183, 6932, 1355, 4278, 1030, 2702,
3077, 5835, 5512, 4697, 2478, 5981, 3643, 3858, 3500, 2608, 1000
b) Reaksiya müddəti. Siniflərin sayı: 7
Məlumat: 30 qadının səsli xəbərdarlığa reaksiya müddəti (millisaniyə ilə)
1) İdmançılar kütlələrini ölçmüş və nəticələr aşağıdakı kimi olmuşdur.
Siniflərin sayı 5 olmaqla məlumati tezlik cədvəli ilə təqdim edin.
2) Sizin sinfinizdəki şagirdlərin kütlələrini əks etdirən tezlik cədvəli tərtib edin.
Nisbi tezlik
Nisbi tezlik tezliyin ümumi məlumatin sayına olan nisbəti kimi müəyyən edilir.
Nisbi tezlik = Tezlik
Ümumi sayı
Nisbi tezlik adi kəsrlə, onluq kəsrlə və ya faizlə ifadə edilir. Nisbi tezliklərin cəmi 1-ə və ya 100%-ə bərabər olmalıdır.