Qruplaşdırılmış məlumatin tezlik cədvəlininin qurulmasını aşağıdakı nümunə üzərində araşdıraq.
Nümunə 2. Aşağıda verilənlər 50 internet istifadəçisinin yaşı haqqında məlumati əks etdirir. Məlumati tezlik cədvəli ilə təqdim edin.
Həlli: 1. Məlumati müəyyən intervallarda qruplaşdırmaqla 7 sinfə ayıraq.
2. Hər bir sinfin ölçüsünü (intervalın uzunluğunu) müəyyən edək. Bunun üçün ən böyük qiymətdən (88) ən kiçik qiyməti (7) çıxaq və siniflərin sayına bölək:
(88 - 7) : 7 ≈ 11,57 ≈ 12
3. Göründüyü kimi, ən kiçik qiymət 7-dir və bu birinci sinfin ən kiçik sərhəd qiymətidir, ən böyük isə 18 olacaq, 2-ci sinfin ən kiçik qiyməti 19, ən böyük qiyməti 30, 3-cü sinfin sərhədləri 31 və 42 olacaq və s. (sərhəd qiymətinin intervala daxil olduğunu unutmayın, məlumatların üst-üstə düşməməsinə diqqət edin).
4. Tezlik cədvəlini quraq
Məlumat bazasını sistemləşdirməni və təqdimini aşağıdakı kimi ümumiləşdirmək olar.
1. Məlumat bazasındakı ədədi qiymətlərə (və ya kateqoriyalara - rəng, növ və s.) görə məlumatlar siniflərdə - intervallarda qruplaşdırılır. Hesablamanın əlverişli olması üçün siniflərin sayının 5 ilə 12 arasında olması tövsiyə edilir.
2. Siniflərin - intervalların ölçüsü müəyyən edilir. Bunun üçün məlumatin ən böyük və ən kiçik qiymətləri fərqi siniflərin sayına bölünür. Qismətdə alınan ədədin təqribi qiyməti sinfin ölçüsü kimi qəbul edilir.
3. Hər bir sinfin-intervalın sərhəd qiymətləri - ən böyük və ən kiçik qiyməti müəyyən edilir. Birinci intervalın ən kiçik qiyməti verilən məlumatlardan seçilir, ən böyük qiymət isə sinfin ölçüsünə görə tapılır.
4. Tezlik cədvəli qurulur. Cədvəldə siniflərin sərhəd qiymətləri, məlumata uyğun tezlik tellə və ədədlə göstərilir.