Məlumatin təqdimi
Birləşmələr. Ehtimal
10-1 |
Tezlik paylanması cədvəli |
Məlumat bazasında ədədi qiymətin təkrarlanma sayına həmin ədədi qiymətin tezliyi deyilir. Tezlik paylanması cədvəlinin qurulmasını nümunə üzərində araşdıraq.
Nümunə 1. Aşağıda 25 şagird arasında özləri də daxil olmaqla ailədə neçə uşaq olduqları haqqında aparılan araşdırmanın nəticələri göstərilmişdir. Məlumati tezlik cədvəli ilə təqdim edin.
Həlli. Göründüyü kimi, uşaqlar ailədə 1, 2, 3, 4
və ya 5 nəfər olduqlarını bildirmişlər.
Üçsütunlu cədvəl çəkək.
1-ci sütunda hər ailədəki uşaqların sayı - 1, 2,
3, 4, 5 ədədi məlumatları yerləşdirilir.
2-ci sütunda bu məlumatlara uyğun sayı
göstərən tellər çəkilir.
3-cü sütunda isə tezlik ədədlə yazılır.
Məlumatın təqdimi: Cədvəldən görünür ki, 5
ailədə 3-dən çox uşaq var, 20 ailədə isə 3 və ya
3-dən az uşaq var.
Məlumat bazasında ədədi qiymətlər çoxlu sayda olub az təkrarlanırsa, onda bu məlumatı intervallarda (siniflərdə) qruplaşdırırlar.