Tətbiq tapşırıqları
-
Təhlükəsizlik üçün siqnalizasiya cihazları istehsal edən şirkət işə başladıqda ildə 10000 cihaz istehsal edirdi. İstehsalın artimı ildə 20% olmuşdur.
a) Şirkət fəaliyyətinin 5-ci ilində neçə cihaz istehsal etmişdir.
b) İlk 5 ildə cəmi neçə cihaz istehsal edilmişdir?
-
Fərrux bir şəklə baxırdı. Şəkildə bir it çəkilmişdi, itin arxasında 4 balası var idi. Hər balanın arxasınca 4 pişik gedirdi. Hər pişiyin arxasında 4 balası var idi. Hər pişik balasının arxasınca 4 siçan gedirdi. Fərrux bu şəkildə cəmi neçə ayaq saya bilərdi?
-
Polyak alimi Vatslav Serpinski bərabərtərəfli üçbucağın tərəflərinin orta nöqtələrini birləşdirməklə yaranan bərabərtərəfli üçbucaqları kəsib çıxarmaqla “Serpinski xəlbiri” kimi tanınan mozaikanı yaratmışdır. Təsəvvür edin ki, ilkin üçbucaq tərəfləri vahid uzunluqda olan bərabərtərəfli üçbucaqdır.
a) 1-ci addımda kəsilib çıxarılan üçbucağın sayı 1, 2-ci addımda 3, 3-cü addımda 9-dur və s. n-ci addımda kəsilib çıxarılan üçbucaqların sayını göstərən düstur yazın.
b) Bu qayda ilə 4-cü; 5-ci addımda neçə bərabərtərəfli üçbucaq kəsilib çıxarılmış olacaq?
c) 3-cü addımda verilən üçbucaqdan bölünməmiş qalan (rəngli) sahəni hesablayın.
-
Proqram təminati ilə məşğul olan şirkət oyunun təkmilləşdirilməsi üçün 100 000 manat xərcləməyi planlaşdırır. Şirkətin maliyyə menecerləri bu iş üçün birinci həftə 4000 manat, sonrakı hər həftə isə əvvəlkindən 20% çox olmaqla pul xərcləməli olacaqlar. a) 5-ci həftədə; b) ilk beş həftədə nə qədər pul xərclənəcək? c) Neçənci həftədə artiq xərcləmək üçün yetərincə pul qalmayacaq? Seçib yoxlamaqla həll edin.
-
Hər biriniz 10 nəsil üçün ata-ana, nənə-baba, ulu nənə və babalarınızın sayını hesablayın. Neçənci nəsildə bu insanların sayı 1000000-dan çox olacaq?