-
ΔABC-də
A1C1 orta xətti çəkildi, ΔA1BC1-də
A2C2 orta
xətti çəkildi, yeni alınmış ΔA2BC2-də
də A3C3 orta
xətti
çəkildi və s. ABC üçbucağının sahəsi 3072 sm2
olarsa, A5BC5 üçbucağının sahəsini tapın.
-
Süd məhsulları istehsalı zavodu 200 min manata yeni avadanlıq aldı.
Avadanlığa hər il 10% amortizasiya (köhnəlmə) hesablanır. 3 ildən sonra bu
avadanlığın qiyməti' neçə manat olacaq?
-
Meşə təcrübə sahəsində oduncaq ildə 10% artir. Sahədə oduncaq əvvəldə
20000 m3 olarsa, 4 ildən sonra nə qədər olar?
-
Nasos bır dəfəyə çəndəkı yanacağın 1
10 hissəsini çəkir. Nasos 3 dəfə
qoşulduqdan sonra çəndə yanacağın neçə faizi qalar?
-
Canlı orqanizmə düşən bakteriya 20-ci dəqiqənin sonunda iki yerə bölünür;
bunlardan da hər biri sonrakı 20 dəqiqənin sonunda yenə də iki yerə bölünür
və s. 24 saat sonra bakteriyaların sayı neçə olar?
-
Kompüterdə hər hansı element axtarışı yarıya bölmə üsulu ilə həyata keçirilir.
Bu üsulda məlumatin nizamlanmış sırasındakı hər hansı element axtarışı üçün
ilk olaraq məlumatlar siyahısının ortasına keçilir və axtarılan elementin
siyahının hansı yarım hissəsində olduğu müəyyən edilir. Bununla da
məlumatin digər yarısını yoxlamağa ehtiyac qalmır. Daha sonra bu yarım hissə
yarıya bölünür və elementin yeri müəyyən edilir. Lazımi element tapılana
qədər axtarış bu qayda ilə davam etdirilir.
a) 2048 elementdən ibarət məlumatlar siyahısında n-ci keçiddən sonra qalan
elementlərin sayını göstərən ifadəni yazın.
b) Axtarılan element ən pis halda ən sonuncu keçiddə tapıla bilər. Bu halda
2048 elementli məlumatlar toplusunda n-in hansı qiymətində axtarılan
element tapılacaq?