Kürələr birinci sırada 1 kürə, ikinci sırada 2 kürə, üçüncü
sırada 3 kürə və və s. olmaqla üçbucaq şəklində
düzülmüşdür.
a) Kürələrin sayı 36 olarsa, onlar neçə sırada düzülmüşdür?
b) 12 sıradan ibarət üçbucaq düzəltmək üçün neçə kürə
lazımdır?
Araşdırma. 90 kürə 5 cərgədə düzülmüşdür. İki qonşu cərgələrdəki kürələrin
sayları fərqi həmişə sabitdir. Bu kürələri göstərilən qayda ilə neçə variantda
düzmək olar?
Saat 1-də bir dəfə, 2-də iki dəfə, . . ., 12-də on iki dəfə zəng çalarsa,bu
müddət ərzində cəmi neçə dəfə zəng çalmış olar?
Sol tərəfdəki toplananların ədədi silsilənin hədləri olduğunu bilərək, tənliyi
həll edin.
Yaradıcı tətbiq. Kağız fabrikləri müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş
kağızları xususi silindrik kartonlara dolanmış rulon şəklində istehsal edir. Kağızın
qalınlığı 0,1 mm-dir. Kartonun diametri 3 sm, bütün rulonun diametri 13 sm-dir.
a) Kağız dolaqlarının sayını n, hər n-ci dolamada rulonun diametrini dn , hər
dolama addımında dolaqdakı kağızın uzunluğunu ln qəbul etməklə cədvəli
dəftərinizdə doldurun.
b) l1, l2, l3, l4, ... ardıcıllığı haqda fikirlərinizi və ardıcıllığın n-ci həddinin düsturunu yazın.
c) Diametri 13 sm olan rulonda neçə kağız dolağı var? Bu rulondakı kağızın
uzunluğu təxminən neçə metrdir? Cavabı ondabirlərə qədər yuvarlaqlaşdırın.