-
Verilən ədədlər arasında: 1) elə bir ədəd; 2) elə iki ədəd yazın ki, onlar
ədədi silsilə əmələ gətirsin.
-
Ədədi silsilənin 5-ci həddi c-yə bərabərdir. Bu silsilənin 2-ci həddi ilə
8-ci həddinin cəmini göstərən ifadəni yazın.
Tətbiq tapşırıqları
-
Bir üçbucağın bucaqlarının dərəcə ölçüləri ədədi silsilə əmələ gətirir. Bu
üçbucağın bucaqlarından birinin dərəcə ölçüsünün 60° olduğunu isbat
edin.
-
Üçbucağın perimetri 24 sm-dir. Bu üçbucağın tərəflərinin uzunluqları ədədi
silsilə təşkil edir. Üçbucağın orta uzunluqlu tərəfini tapın.
-
∠AOB-nin
OA tərəfi üzərində təpədən başlayaraq
bərabər parçalar ayrılmış və bölgü nöqtələrindən
paralel düz xətlər çəkilmişdir. A1B1 = 2 sm olarsa, A5B5
parçasının uzunluğunu tapın.
-
ABCD trapesiyasının AB yan tərəfi dörd bərabər
hissəyə bölünmüş və bölgü nöqtələrindən oturacaqlara
paralellər çəkilmişdir.
a) İsbat edin ki, BC, M1N1, M2N2, M3N3 və AD
parçalarının uzunluqları ədədi silsilə təşkil edirlər.
b) AD = 18 sm, BC = 6 sm olduqda M1N1, M2N2, M3N3
parçalarının uzunluqlarını tapın.
-
1
a, 1
b, 1
c ədədləri ədədi silsilə əmələ gətirərlərsə, b
c + b
a = 2 bərabərliyinin doğruluğunu isbat edin.
-
Həkim xəstənin qəbul etdiyi dərmanı 5 gün ərzində bərabər dozalarla
gündəlik 100 mq-dan 300 mq-a qədər artirmaq istəyir. Xəstənin 5 gün ərzində
qəbul etdiyi dərmanın miqdarını ardıcıl yazın.
-
a, b, c ədədləri ədədi silsilə təşkil edir.
a2 + ab + b2, a2 + ac + c2, b2 + bc + c2 ardıcıllığının da ədədi silsilə olduğunu
isbat edin.