-
Cisim birinci saniyədə 6 m, hər sonrakı saniyədə əvvəlkindən 2 m çox yol
getmişdir. Cisim: a) beşinci saniyədə;
b) ilk 5 saniyə ərzində hansı məsafəni getmişdir?
-
a) Qrafikdə an = 2n - 1 ədədi silsiləsinin hədlərinin
nömrələri ilə qiymətləri arasındakı asılılıq
əks edilmişdir. Qeyd edilmiş nöqtələrdən keçən
düz xəttn tənliyini yazın.
b) f(x) = 2x - 1 (x həqiqi ədəddir) funksiyasının
qrafikini qurun. Ədədi silsilənin qrafiki ilə xətt
funksiyanın qrafikinin oxşar və fərqli cəhətlərini
göstərin. Xətt funksiyanın düsturundakı bucaq
əmsalı ədədi silsilədə nəyi ifadə edir?
-
Verilən an ədədi silsiləsinin: a) ilk 5 həddini yazın; b) fərqini tapın;
c) qrafik olaraq göstərin.
-
Ədədi silsilənin ilk 6 həddi koordinat müstəvisində qeyd edilmişdir. Bu
nöqtələrdən ikisinin koordinatları (3; 11) və (6; 23) kimidir. Bu ardıcıllığın
n-ci həddinin düsturunu yazın.
-
Əmanət kassasına qoyulmuş əmanət ildə 5% artir. Sadə faiz düsturu ilə
hesablandıqda, 3 il müddətinə kassaya qoyulmuş 40000 manat pul hansı
məbləğə çevrilər?
-
Düzbucaqlı üçbucağın a, b, c tərəflərinin uzunluqları artan ədədi silsilə
təşkil edir. c = 10 sm olarsa, bu üçbucağın sahəsini tapın.
-
Hər hansı ardıcıllığın hədlərinin tərsi ədədi silsilə yaradırsa, bu ardıcıllıq
harmonik ardıcıllıq adlanır. Aşağıdakı ardıcıllığın harmonik olduğunu izah
edin.
1, 3
5, 3
7, 1
3, ...
-
Arxitektura. Bakıdakı “İçərişəhər”, “Koroğlu”, “Avtovağzal” metro stansiyalarında
şəffaf piramida elementindən istifadə
edilmişdir. Məsələn, “İçərişəhər” metro
stansiyasının binasında ən yuxarı cərgədə
2 pəncərə, hər sonrakı cərgədə isə əvvəlkindən
2 pəncərə çox olmaqla dizayn edilmişdir.
12-ci cərgədə neçə pəncərə var? Neçənci
cərgədə 18 pəncərə var?