-
a) Ədədi silsilədə a1 = , a2 = olarsa, bu silsilənin neçənci həddi
bərabərdir?
b) 3; 8; 13; ... ; 58 ədədi silsiləsinin neçə həddi var?
c) İlk həddi 6, silsilə fərqi 5, sonuncu həddi 66 olan ədədi silsilənin neçə həddi var?
-
Açıq tipli tapşırıq. İlk altı həddini göstərməklə: a) artan ; b) azalan;
c) bütün hədləri mənfi olan; d) bütün hədləri cüt ədəd olan ədədi
silsilələrə nümunələr yazın.
-
Verilənlərə görə ədədi silsilələrin fərqini, altıncı və birinci həddini tapın.
-
a) Üç ədəd artan ədədi silsilə təşkil edir. Bu ədədlərin cəmi 12, hasili isə
28-dir.
Bu ədədləri tapın.
b) Üç ədəd ədədi silsilə təşkil edir. Ortadakı ədəd 8-dir.
Bu ədədlərin
kvadratları cəmi 264-dür.
Digər iki ədədi tapın.
-
Ədədi silsilənin bəzi hədləri cədvəllə verilmişdir. Cədvəli dəftərinizdə
tamamlayın və silsiləni rekurrent qayda ilə təqdim edin (n ∈ N).
-
Bir ədədi silsilənin hədlərinə başqa ədədi silsilənin uyğun hədlərini (eyni
nömrəli hədlərini) əlavə etdikdə alınan ardıcıllıq ədədi silsilə olarmı?
Tətbiq tapşırıqları
- Zavod yanvar ayında 120 detal, hər sonrakı ayda əvvəlki aydakından
8 detal artıq hazırladı. Zavod may, dekabr aylarında neçə detal hazırladı?
- Stolların sayından asılı olaraq stulların sayının necə dəyişdiyini araşdırın. Bu
qayda ilə düzülsə: a) 7 stolun; b) 10 stolun; c) n sayda stolun arxasında neçə
stul olacaq?
Göstəriş: an = a1 + d (n - 1) düsturunda a1 və d-ni tapın.