Öyrənmə tapşırıqları
a) a1 = -18; d = 1,5 olarsa, silsilənin ilk müsbət həddini tapın. Bu silsilənin neçə həddi mənfidir?
b) 4,1; 3,9; ...... ədədi silsiləsində ilk mənfi həddi tapın .
Ədədi silsilədə x1 = -45; d = 4 olarsa, hansı hədlər üçün:
a) xn > 99; b) xn < 160 bərabərsizliyi ödənilər?
a) xn = 2n - 5 düsturu ilə verilmiş ardıcıllığın ədədi silsilə olduğunu göstərin. Onun birinci həddini və fərqini tapın.
b) (n + 1)-ci və n-ci hədlərin fərqini tapmaqla an = k·n + b düsturu ilə verilmiş ardıcıllığın ədədi silsilə olduğunu göstərin.
a) Ədədi silsilədə an = 2n + 3 olarsa, a8 və d-ni tapın.
b) Ədədi silsilədə an = 1 - 4n olarsa, a6 və d-ni tapın.