Tətbiq tapşırıqları
Tarixi məlumat. Təbiətin bir çox hadisələrinin Fibonaççi ardıcıllığı ilə bağlı olduğu müşahidə edilir.
Fibonaççi İtaliyanın Piza şəhərində anadan olmuşdur. O, Liber Abaci (abakus kitabı və
ya hesablama qaydası) əsərini yazmaqla müasir dövrdə istifadə olunan hind-ərəb onluq say sistemini Avropaya tanıtmışdır. Onun dövründə Avropada ədədlərin yazılışında və hesablamalarda Roma rəqəmlərindən istifadə edilirdi. Fibonaççi həmçinin bu əsərində dovşanların çoxalma ardıcıllığına aid məsələnin həllinə geniş yer ayırmışdır. Bu ardıcıllığın hədləri: 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, ... kimidir. Bu sıranın hədləri (n ≥ 2) üçün Fn +1 = Fn-1 + Fn münasibəti doğrudur. Fibonaççi sırasını daha 3 addım davam etdirin.