♦ Ardıcıllıqlar sonlu və sonsuz ola bilər. Məsələn, ikirəqəmli ədədlər ardıcıllığı sonlu, bütün natural ədədlər ardıcıllığı isə sonsuz ardıcıllıqdır.
♦ Ardıcıllığı verməkdən ötrü onun istənilən nömrəli həddini tapmağa imkan verən üsulu göstərmək lazımdır. Ardıcıllıq analitik üsulla - nömrəsinə görə istənilən həddini tapmağa imkan verən düsturla verilə bilər. Belə düstura ardıcıllığın n-ci həddinin düsturu deyilir. Məsələn, 2, 4, 6, 8, ... cüt ədədlər ardıcıllığının istənilən həddini an = 2n düsturu ilə tapmaq olar.
Nümunə. Ardıcıllıq an = n2 + 3n düsturu ilə verilmişdir. Bu ardıcıllığın 1-ci, 5-ci və 10-cu hədlərini tapın.
Həlli: n = 1 olduqda a1 = 12 + 3∙1 = 4,
n = 5 olduqda a5 = 52 + 3∙5 = 40,
n = 10 olduqda a10 = 102 + 3∙10 = 130.
Öyrənmə tapşırıqları
1) (an) ardıcıllığının hansı həddi:
a) a7, a72, ak, ak+4 həddindən sonra gəlir?
b) a6, a50, ak, a2k həddindən əvvəl gəlir?
2) (bn) ardıcıllığının verilmiş iki həddi arasında yerləşən hədlərini sadalayın:
a) b11 və b15
b) bk və bk+3
c) bn-3 və bn+2
1) bn = 2 n2 + 1 düsturu ilə verilmiş ardıcıllığın:
a) 4; b) 5; c) 7; d) k + 1 nömrəli həddini tapın.
2) cn = 4n - 1 düsturu ilə verilən ardıcıllığın:
a) 27-yə; b) 35-ə; c) 71-ə bərabər həddinin nömrəsini göstərin.