Ədədi ardıcıllıqlar
Siz bu bölmədə öyrənəcəksiniz
✔ Ədədi ardıcıllıq və onun verilmə üsullarını
✔ Ədədi və həndəsi silsilənin n-ci həddinin düsturlarını
✔ Ədədi və həndəsi silsilənin hədlərinin xassələrini
✔ Ədədi və həndəsi silsilənin ilk n həddinin cəmi düsturlarını
✔ Ədədi və həndəsi silsiləyə aid məsələlər həll etməyi
Araşdırma. Satiş dəzgahında portağallar 1-ci cərgədə 1, 2-ci cərgədə 4, 3-cü cərgədə 9 və s. portağal olmaqla, oturacağı kvadratşəkilli piramida əmələ gətirərək qat-qat yığılmışdır.
1) İlk 5 qatdakı portağalların sayını göstərən cədvəli tamamlayın.
2) İstənilən qatdakı (n-ci cərgədəki) portağalların sayını (an) tapmaq üçün
düstur yazın.
3) Bu düstura görə 4-cü, 7-ci, 10-cu qatdakı portağalların sayını tapın.
4) Portağalların sayının qatların nömrəsindən asılılığını göstərən qrafiki
dəftərinizdə çəkin.
9-1 |
Ədədi ardıcıllıq |
Tərif. Natural ədədlərlə ardıcıl nömrələnmiş ədədlər çoxluğuna ədədi ardıcıllıq, həmin ədədlərə isə ardıcıllığın hədləri deyilir.
♦ Ardıcıllığı əmələ gətirən ədədlərə uyğun olaraq ardıcıllığın birinci, ikinci, üçüncü, dördüncü və s. hədləri deyirlər. Ardıcıllığın hədlərini adətən hərflərlə işarə edirlər, hərfin indeksi həddin
sıra nömrəsini göstərir.
Məsələn, birinci hədd a1, ikinci hədd a2, n-ci
hədd
an və s.
Ardıcıllığın özünü belə işarə edəcəyik: (an) və ya (bn) və s.