- Verilmiş vektorların cəmini komponentləri ilə yazın, modulunu və meyil
bucağın tapın.
- Təyyarə uçuşu saatda 650 km/saat sürətlə şimal istiqamətində yerinə yetirir.
Bir qədər sonra saatda 80 km sürətlə, qərb küləyi əsməyə başladı. Küləyin
təsirilə təyyarənin sürəti necə dəyişəcək? Təyyarənin yekun sürətini
komponentlərlə yazın, modulunu və meyil bucağını tapın.
- Qayıq eni 120 m olan çayda axına perpendikulyar istiqamətdə hərəkət edir.
Qayığın durğun sudakı sürəti 6 m/san,
çayın axma sürəti 1 m/san-dir.
a) Qayıq çayın bir sahilindən digərinə
keçmək üçün nə qədər vaxt sərf edər?
b) Çayın axını qayığı hərəkətə başladığı
nöqtədən neçə metr aşağıya doğru
hərəkət etdirəcək?
c) Qayıq sahilə nəzərən hansı bucaq altinda hərəkət edəcək?
-
Xizəkçi əvvəlcə meyil bucağı 135°
olmaqla 300 m, sonra isə meyil bucağı
45° olmaqla 400 m hərəkət etdi.
Xizəkçinin yerdəyişmə vektorunun modulunu
və meyil bucağını müəyyən edin.
-
Kərəm və Sultan bağ arabasını şəkildə göstərildiyi kimi
arabanın hərəkət istiqaməti ilə 30° bucaq əmələ
gətirən eyni qüvvə ilə dartirlar.
a) Onların tətbiq etdikləri qüvvələrin əvəzləyicisi
170 N olarsa, hər biri neçə nyuton qüvvə tətbiq
etmişdir?
b) Hər birinin tətbiq etdiyi qüvvə 70 N olarsa, qüvvələrin əvəzləyicisi neçə
nyuton olar?
c) Kərəm və Sultan bir-birinə daha çox yaxınlaşsalar, tətbiq edilən əvəzləyici
qüvvə necə dəyişər?