Praktik məşğələ. 1. A(x1; y1), B(x2; y2), C(x3; y3) nöqtələrinin koordinatlarına
görə , və vektorlarını komponentləri ilə yazın.
2. Vektorların toplanmasının üçbucaq qaydasına görə + = bərabərliyini yazıb, vektorunun komponentlərini və vektorlarının
uyğun komponentlərinin cəmi ilə müqayisə edin.
1. Nümunə. = ❬2; 5❭ və = ❬-4; -1❭ olarsa, + vektorunu komponentləri ilə ifadə edin.
Həlli. + vektorunun komponentlərini tapmaq
üçün və vektorlarının uyğun komponentlərini -
üfüqi (absis oxu üzrə) və şaquli (ordinat oxu üzrə)
komponentlərini toplamaq lazımdır:
+ = ❬2 + (-4); 5 + (-1)❭ = ❬-2; 4❭
2. Nümunə. Təyyarə meyil bucağı 45° olmaqla şimal-şərq
istiqamətində saatda təxminən 707 mil sürətlə
uçur. Saatda 40 mil sürətlə qərb küləyi əsir. Küləyin
təsiri ilə təyyarənin sürəti necə dəyişəcək? Bu sürəti
ifadə edən vektoru komponentləri ilə göstərin.
Həlli: 707⋅cos45°= 707⋅sin45° ≈ olduğundan
təyyarənin sürətini = ❬500; 500❭ vektoru ilə ifadə etmək
olar. Küləyin sürətini = ❬40; 0❭ vektoru ifadə edir.
Təyyarənin yekun sürəti üçün alırıq: = + = ❬500 + 40; 500 + 0❭ = ❬540; 500❭
Təyyarənin yekun sürətinin modulu:
Öyrənmə tapşırıqları