Araşdırma. Təssəvür edin ki, siz parkda A nöqtəsindən
C nöqtəsinə getməlisiniz. Tutaq ki, siz bura gəlmək üçün
üç müxtəlif yol seçmisiniz: 1) A nöqtəsindən başlamaqla
B nöqtəsinə və oradan C nöqtəsinə gəlməklə;
2) A nöqtəsindən D nöqtəsinə, oradan da C nöqtəsinə gəlməklə;
3) A nöqtəsindən birbaşa C nöqtəsinə gəlməklə.
Hər bir yerdəyişməyə uyğun vektorları yazın.
Paraleloqram qaydası
1. Verilir: və vektorları
2. vektorunu elə sürüşdürək ki, və vektorlarının başlanğıc nöqtələri üst-üstə düşsün.
3. və vektorlarını uyğun olaraq paralel köçürmə ilə tərəfləri və olan paraleloqram quraq. Bu pa raleloqramın və vektorlarının başlanğıc nöqtəsindən çıxan diaqonalı onların cəmini, + vektorunu göstərir.
Əvəzləyici vektoru paraleloqram qaydası ilə transportir və xətkeşdən istifadə etməklə ölçmə və qurmalar aparmaqla tapın.
Uzunluqları və meyil bucaqları verilmiş yerdəyişmə vektorlarını müəyyən miqyasla çəkin və paraleloqram qaydası ilə toplayın:
a) 1,5 km, meyil bucağı 180° və 3 km, meyil bucağı 45°;
b) 2,5 km, meyil bucağı 80° və 5 km, meyil bucağı 15°;
c) 4 km, meyil bucağı 120° və 2 km, meyil bucağı 30°.
a) Təyyarə 850 km/saat sürətlə şimala doğru uçur. 50 km/saat sürətlə əsən qərb küləyinin təsiri altinda təyyarənin sürəti və istiqaməti necə dəyişəcək? Çəkin, göstərin.
b) Sürəti 10 km/saat olan motorlu qayıq çayın axın istiqamətinə perpendikulyar olmaqla hərəkətə başlayır. Çayın axın sürəti 2 km/saat olarsa, qayığın yekun sürətinin modulunu və meyil bucağını tapın.