Nümunə. Camal düşərgədə qurduqları çadırdan 60 m cənuba, 120 m şərqə, daha sonra 100 m şimala getdi və gölə çatdı. Çadırdan gölə qədər ən yaxın məsafə neçə metrdir?
Həlli: Miqyas qəbul edək: 1 sm : 40 m Camalın hərəkətini uyğun vektorlarla
miqyasa görə ardıcıl olaraq göstərək.
Camalın hərəkətini göstərən 1-ci vektorun
başlanğıc nöqtəsi ilə 3-cü vektorun son
nöqtəsini birləşdirək.
Alınan əvəzləyici vektoru vektorlarının cəmini ifadə edir.
Xətkeşlə ölçməklə və miqyası nəzərə almaqla bu vektorun uzunluğunun 126,4 m,
meyil bucağının isə transportirlə ölçmələr aparmaqla 18° olduğunu müəyyən
etmək olar. Cavab: Göl çadırdan təxminən 126,4 m məsafədədir.
Məsələləri transportir və xətkeşdən istifadə etməklə ölçmə və qurma yolu ilə həll edin.