Öyrənmə tapşırıqlarıı
Hər bir hala uyğun sürət vektorunu vektorunu Ox və Oy oxları üzrə komponentləri ilə ❬vx; vy❭ şəklində yazın:
a) meyil bucağı 45° olmaqla, saatda 20 km sürətlə şimal-şərqə hərəkət edən gəminin sürətini göstərən vektorunu;
b) 300 km/saat sürətlə qərbə doğru uçan təyyarənin sürətini göstərən vektorunu;
c) 10 km/saat sürətlə şimala doğru hərəkət edən velosipedçinin sürətini göstərən vektorunu.
a) Topdan meyil bucağı 15° olmaqla atilan mərmi 925 m/san sürətlə hərəkət etdi. Mərminin üfüqi istiqamətdə sürətini tapın.
b) Gəmi meyil bucağı 60° olmaqla 75 km/saat sürətlə hərəkət edir. Gəminin Ox və Oy oxları istiqamətində, başqa sözlə şərq və şimal istiqamətlərdə sürətini müəyyən edin.
c) Şəkildə cismə təsir edən qüvvənin modulu 6 N, meyil bucağı 43°-dir. Cismə təsir edən qüvvənin üfüqi və şaquli istiqamətlərdə komponentlərinin ədədi qiymətini tapın.
Gülnar arabanı meyil bucağı 33° olmaqla 190 N qüvvə tətbiq edərək hərəkət etdirir. Arabaya tətbiq edilən qüvvənin üfüqi və şaquli komponentlərinin ədədi qiymətini tapın.
Verilənlərə görə , və vektorlarını komponentləri ilə yazın.