Vektorun istiqaməti. Meyil bucağı
Koordinat başlanğıcından ayrılmış vektoru onun uzunluğu və absis oxu ilə əmələ gətirdiyi bucaqla vermək olar. Vektorun istiqamətini absis oxunun müsbət istiqamətindən saat əqrəbinin hərəkətinə əks olmaqla ölçülən bucaqla müəyyən edib, ona vektorun meyil bucağı deyəcəyik.
= ❬vx; vy❭ vektorunun uzunluğu = v ilə, meyil bucağı isə θ ilə işarə edilmişdir.
vektorun uzunluğu:
vektorun meyil bucağı: tanθ = vy
vx və ya cosθ = vx
v
Hər hansı vektorun meyil bucağı koordinat başlanğıcından verilmiş vektora bərabər vektor ayırmaqla tapılır. Qeyd edək ki, meyil bucağı vektorun başlanğıc nöqtəsindən absis oxuna paralel üfüqi ox keçirməklə də tapıla bilər.
1. Nümunə. Uzunluğu 200 m olan yerdəyişmə vektorunun meyil bucağı 150°-dir. Bu vektoru 1 sm : 100 m miqyası ilə çəkin.
Həlli. Ox oxunun müsbət istiqaməti ilə 150°-li bucaq əmələ gətirən şüa üzərində onun başlanğıcından 1 sm : 100 m miqyasına görə xətkeşlə 2 sm uzunluğunda parça qeyd edilir.
2. Nümunə. ❬3;4❭ vektorunun uzunluğunu və meyil bucağını müəyyən edin.
Həlli: Koordinat müstəvisi üzərində ixtiyari nöqtəni vektorun başlanğıc nöqtəsi seçək. Bu nöqtədən üfüqi ox boyunca 3 vahid olmaqla ux komponentini, şaquli ox boyunca 4 vahid olmaqla uy komponentini ayıraq və şəkildə göstərildiyi kimi vektorunu quraq. Transportirlə θ bucağını ölçsək, onun təqribən 53° olduğunu görərik. Bunu hesablamalarla da yoxlayaq.
Vektorun uzunluğu: meyil bucağı: tanθ = 4
3, buradan kalkulyatorun köməyi ilə θ ≈ 53° olduğu tapılır.