-
Koordinat müstəvisi üzərində vektorlar təsvir
edilmişdir.
a) Başlanğıc və son nöqtələrinin koordinatlarına
görə vektorları komponentləri ilə yazın.
b) Vektorların uzunluqlarını tapın.
-
Verilən vektora və nöqtənin koordinatlarına görə vektorun digər (başlanğıc
və ya son) nöqtəsinin koordinatlarını tapın.
1) Vektor komponentləri ilə: ❬1;3❭,
Başlanğıc nöqtəsinin koordinatları: a) (2; 3); b) (0; 0); c) (-1; 3)
2) Vektor komponentləri ilə: ❬-2;0❭,
Son nöqtəsinin koordinatları: a) (3; 1); b) (5; 0); c) (3; -1)
-
Koordinat müstəvisi üzərində başlanğıcı (-2; 1), (0; 2), (3; -2), (0; 0)
nöqtələrində olmaqla (4; 2) vektoruna bərabər vektorlar çəkin.
-
Komponentləri ilə yazılışına görə vektorun uzunluğunu tapın.
-
vektoru (0; 0) nöqtəsindən (3; 2) nöqtəsinə,
vektoru isə (1; 2) nöqtəsindən (4; 4) nöqtəsinə doğru
yönəlmişdir. Bu vektorların bərabər vektorlar
olduğunu göstərin.
Göstəriş: vektorların komponentlərlə yazılışında
uyğun koordinatların bərabər olduqlarını göstərin.
Tətbiq tapşırıqları
- Avtomobilin sürətini P(1; 1) nöqtəsindən Q(4; 5) nöqtəsinə doğru yönəlmiş
vektorla təsvir etmək olar. Koordinat müstəvisində bir bölgünü 10 km/saat
qəbul edin və avtomobilin sürətini tapın.
- Aslan əvvəlcə 2 km şərqə, sonra 1 km şimala doğru hərəkət etdi. Rəşid isə
əvvəlcə 1 km şimala doğru, sonra isə 2 km şərqə doğru hərəkət etdi. Aslan
və Rəşidin hərəkətə başladığı nöqtədən eyni məsafə qədər uzaqlaşdığını
əsaslandırın.
- A vektorun başlanğıc, B isə son nöqtəsidir. Bu vektoru saxlayan düz xəttin
bucaq əmsalını tapın.