1. Nümunə. Başlanğıc nöqtəsi (-2; 3), son nöqtəsi (3; 7) olan vektorunu
= ❬a; b❭ şəklində yazın.
Həlli. vektorunun komponentləri ilə = ❬ x2 - x1; y2 - y1 ❭ yazılışında
uyğun koordinatları nəzərə alaq:
= ❬3 - (-2) ; 7 - 3❭ = ❬5; 4❭ Cavab: = ❬5; 4❭
2. Nümunə. ❬3; 6❭ vektorunun başlanğıc nöqtəsi (2; 3)-dür. Bu vektorun son nöqtəsinin koordinatlarını tapın.
Həlli. vektorunun son nöqtəsinin koordinatlarının (x; y) olduğunu qəbul edək.
(x- 2; y - 3) = ❬3; 6❭. Buradan uyğun koordinatların bərabərliyinə görə tapırıq:
x - 2 = 3, x = 5; y - 3 = 6, y = 9
Verilmiş vektorun son nöqtəsi (5; 9)-dur.
3. Nümunə. Başlanğıcı (-1; 2), (2; 1), (1;—2), (5; 0)
nöqtələrində olmaqla koordinat müstəvisi üzərində
❬2; 3❭ vektoruna bərabər vektorlar çəkin.
Həlli. ❬2; 3❭ vektorunun son nöqtəsi başlanğıca nəzərən 2 vahid sağa, 3 vahid yuxarı yer dəyişmişdir. Verilən nöqtələr koordinat müstəvisində qeyd edilir. Bu nöqtəl ərdən başlayaraq komponentləri ❬2; 3❭ vektorunun uyğun komponentlərinə bərabər olan vektorlar qurulur.
4. Nümunə. A(0; 3) və B (3; 5) uyğun olaraq vektorunun başlanğıc və son nöqtəsidir. Bu vektoru = ❬a; b❭ şəklində yazın və uzunluğunu tapın.
Öyrənmə tapşırıqları
a) P(0; 0), Q(3; 4)
b) P(-5; 1), Q(7; 6)
c) P(5; 4), Q(-1; -4)