Öyrənmə tapşırıqları
Hansı halda vektorial, hansı halda skalyar kəmiyyətdən danışmaq olar?
1) Avtomobil şərqə doğru 60 km/saat sürətlə hərəkət edir.
2) Sevinc əlindəki topu üfüqlə 30° bucaq əmələ gətirən istiqamətdə
100 N qüvvə tətbiq etməklə irəli atdı.
3) Həsənin boyu 1 m 75 sm, kütləsi 72 kq-dır.
4) Paraşütçü 20 km/saat sürətlə təyyarədən aşağıya doğru tullandı.
Hansı vektorial kəmiyyətdir?
1) 5,6 kq
3) 9,81 m/san2, aşağı
2) 3,2 m / san, şimal-şərq istiqamətində
4) 8,8 x10-3 m3
Şəklə görə tapşırıqları yerinə yetirin.
a) Uzunluğu vektoru ilə eyni olan vektorları yazın.
c) vektoruna bərabər olan vektorları yazın.
b) İstiqaməti vektoru ilə eyni olan vektorları yazın.
d) vektoruna əks vektoru yazın.
a) Şəkildə velosipedçinin getdiyi yol mavi xətlə göstərilmişdir. Qırmızı xətlə hansı kəmiyyət göstərilmişdir?
b) Kütlə və çəki kəmiyyətlərindən hansı vektorial, hansı skalyar kəmiyyətdir? Fikirlərinizi izah edin.
vektoru ilə kollinear olan vektorları seçib yazın.
Dəftərinizdə çəkin: a) iki kollinear vektor; b) iki əks vektor; c) iki bərabər vektor.
Rasimin çəkdiyi şəkildə yerdəyişmə vektoruna uyğun parçanın uzunluğu 6 smdir. Şəkil 1 sm : 250 m miqyası ilə təsvir edilmişdirsə, yerdəyişmə nə qədərdir?