8-1 |
Vektorlar |
Bir çox kəmiyyətlər, məsələn, kütlə, uzunluq, zaman, temperatur və s. yalnız ədədi qiyməti ilə xarakterizə edilir. Bu cür kəmiyyətlər skalyar kəmiyyətlər adlanır. Bəzi kəmiyyətlər isə, məsələn, yerdəyişmə, sürət, təcil, qüvvə və s. təkcə ədədi qiyməti ilə deyil, həm də istiqaməti ilə müəyyən edilir. Bu cür kəmiyyətlərə vektorial kəmiyyətlər deyilir. Yerdəyişmə vektorial kəmiyyətlərə ən sadə nümunədir. Cismin A nöqtəsindən B nöqtəsinə yerdəyişməsi A-dan B-yə doğru yönəlmiş parça ilə - vektorla göstərilir.
Vektor istiqamətlənmiş düz xətt parçası ilə təsvir olunur. Vektoru göstərən parçanın uzunluğuna vektorun uzunluğu və ya modulu deyilir.
Vektor başlanğıc və son nöqtəsi adlandırılmaqla işarə
edilir. Məsələn, vektoru, burada A vektorun
başlanğıc, B isə son nöqtəsidir.
Vektor kiçik hərflərlə də işarə edilir, məsələn vektoru.
vektorunun uzunluğu kimi işarə olunur.
Başlanğıc və son nöqtələri üst-üstə düşən vektor sıfır vektor adlanır və kimi işarə edilir. Sıfır vektorunun uzunluğu sıfıra bərabərdir, istiqaməti isə qeyri-müəyyəndir.
Bir düz xətt üzərində və ya paralel düz xətlər üzərində yerləşən vektorlara kollinear vektorlar deyilir. Kollinear vektorlar eyni istiqamətli və ya əks istiqamətli vektorlardır.
Vektorların eyni istiqamətli olması kimi,
əks istiqamətli olması isə kimi yazılır.
Şəkildə və vektorları kollinear
vektorlardır.
Burada l || m.
• iki vektorun istiqamətləri eyni, uzunluqları bərabər olarsa, bu vektorlar bərabər vektorlar adlanır. Şəkildəki və vektorları bərabər vektorlardır: =
• iki vektorun istiqamətləri əks, uzunluqları bərabər olarsa, bu vektorlar əks vektorlar adlanır. Şəkildəki və vektorları əks vektorlardır: