- Bərabərsizliyi həll edin.
- Düzbucaqlı şəklində olan ipək parça uzunluğu enindən 5 dəfə böyük olmaqla
kəsilir. Parçanın sahəsinin ən azı 500 sm2, ən çoxu 720 sm2 olması şərtilə,
eninin mümkün ölçülərini müəyyən edin.
- Aslan topu 15 m/san sürətlə hündürlüyü 30 m olan binanın damından yuxarı
atdı. Topun yer səthindən h (metrlə) məsafəsi h(t) = -5t2 + 15t + 30 düsturu
ilə hesablana bilər. Burada t (saniyə ilə) zamanı göstərir.
a) Topun qalxdığı ən yüksək hündürlüyü tapın.
b) Hansı zaman kəsiyində top ən azı 40 m hündürlükdə olur?
- Bərabərsizliyi həll edin.
- a-nın hansı qiymətlərində ax2- ax + 1 > 0 bərabərsizliyi x-in bütün qiymətləri
üçün doğrudur?
- Uyğunluğu müəyyən edin.
- a-nın hansı qiymətlərində y = ax2 + 2x + 1 parabolasının absis oxu ilə kəsişmə
nöqtələri x = 1 nöqtəsindən müxtəlif tərəflərdə yerləşir?
-
Bağ evinin girişi tağ şəkillidir. Koordinat sistemini şəkildə
göstərildiyi kimi seçməklə tağı g( x) = -0,6 x2 + bx + 0,6
funksiyası ilə modelləşdirmək olar.
a) Girişin hündürlüyü 3 m isə, eni neçə metr olar?
b) Hündürlüyü 2,4 m olan maşının giriş qapısından keçə
bilməsi üçün eni neçə metrdən kiçik olmalıdır?