Bank hesabına 5000 manat pul illik 8% sadə faiz artimı ilə qoyulmuşdur. Daha
neçə manat pul 10% sadə faiz artimı ilə qoyularsa, illik gəlir 800 manatla
950 manat arasında olar?
Köpək balıqlarının normal yaşaması üçün suyun temperaturu 5°C-dən
18°C -yə qədər olmalıdır. Köpək balıqlarının yaşaması üçün əlverişli
olmayan su temperaturunu bərabərsizliklərlə yazın.
Mağazanın hər kvadrat metr sahəsi üçün ödənilən aylıq kirayə haqqı (r) ilə
əldə edilən gəlir (min manatla) P(r) arasındakı asılılıq təxmini olaraq
P (r) = -6r2 + 45r - 39 kimidir. Aşağıdakı tənliyi və bərabərsizlikləri həll edin,
hər birini real situasiyaya uyğun təqdim edin.
-6r2 + 45r - 39 = 0
-6r2 + 45r - 39 ≥ 15
-6r2 + 45r - 39 > 0
-6r2 + 45r - 39 < 15
Açıq tipli sual. (x + 1)(x - 4) < 0 bərabərsizliyinin həllər çoxluğunu müəyyən
etmək üçün hansı üç nöqtəni seçərdiniz?
Cavid 2x2 + 12x > 2x + 12 bərabərsizliyinin həllini 2x(x + 6) > 2(x + 6),
x > 1 kimi yazmışdır. Cavidin səhvini izah edin.
Bərabərsizlikləri müxtəlif üsullarla həll edin.
İki tam ədədin cəmi 20-yə bərabərdir, onların kvadratları cəmi isə 208-dən
kiçikdir. Bu ədədlər cütünü müəyyən edin.
Ölçüləri 24 sm x 24 sm olan kvadrat formalı karton təbəqənin künclərindən
tərəfi x sm olan kvadrat hissələr kəsilib çıxarılır və şəkildə göstərildiyi kimi
qırıq-qırıq xətlər boyunca qatlanıb yapışdırılaraq ağzıaçıq qutu düzəldilir.
a) x -in hansı tam qiymətlərində bu qutunun həcmi 800 sm3-dan böyük olar?
b) Bu qiymətlərdən hansında həcm ən böyük olur?