- Şəkildəki körpü tağının formasını seçilmiş koordinat sistemində
y = -0,002x2 + 1,06x kimi kvadratik funksiya ilə göstərmək olar. Burada x
soldakı dayaqdan olan məsafəni, y isə tağın su səviyyəsindən hündürlüyünü
(m-lə) göstərir. Sol dayaqdan hansı məsafələrdə tağ yolun üstündə yerləşir?
- Tahir bağlarında göyərti əkmək üçün düzbucaqlı formasında sahə hasarlamaq
istəyir. Onun hasar üçün 70 m uzunluğunda materialı var. Tahir göyərti
sahəsinin ən azı 300 m2 olmasını istəyirsə, bu sahə hansı ölçülərdə olmalıdır?
- Tibbdə kütlə indeksi adlanan göstəricidən normal kütləni müəyyənləşdirmək
üçün istifadə edilir. Kütlə indeksi 17-24 arasında olan şəxslərin kütləsi
m normal hesab edilir. Kütlə indeksi İ = m
h2 düsturu ilə müəyyən edilir.
Burada m kütləni (kiloqramla), h isə boyu (metrlə) göstərir.
a) Boyu 1 m 50 sm olan şəxsin kütləsi nə qədər olmalıdır ki, kütlə indeksi 24-dən kiçik olsun.
b) Kütləsi 54 kq olan şəxsin boyu ən azı nə qədər olmalıdır ki, kütlə indeksi
24-dən böyük olmasın.
-
Hündürlüyü 3,5 m, eni 2,2 m olan maşın arkanın
(tağın) altindan keçməlidir. Koordinat sistemini
şəkildə göstərildiyi kimi seçməklə tağı
y = -0,3 x2 + 1,8 x + 1,1 funksiyası ilə modelləşdirmək
olar (x və y metrlə ölçülür).
a) Avtomobil arkadan keçə bilərmi? İzah edin.
b) Hündürlüyü 3,5 m olan maşının arkadan keçə
bilməsi üçün onun eni neçə metrdən kiçik olmalıdır?
c) eni 2,2 m olan maşının hündürlüyü neçə metrdən kiçik olmaıdır ki, arkadan
keçə bilsin?