-
Ümumiləşdirmə. Kvadratik funksiyanın qrafikindən və diskriminantdan
istifadə etməklə ax2 + bx + c ≥ 0 bərabərsizliyinin həllini araşdırın.
a) Hansı hallarda bütün həqiqi ədədlər bərabərsizliyin həllidir?
b) Hansı hallarda bərabərsizliyin həlli bir həqiqi ədəddir?
c) Hansı hallarda müəyyən həqiqi ədədlər çoxluğu bərabərsizliyin həllidir?
Tətbiq tapşırıqları
-
Düzbucaqlı üçbucağın bir kateti digərindən 2 sm böyükdür. Kiçik kateti'nin
uzunluğu neçə santimetr olsa, üçbucağın sahəsi ən azı 24 sm2 olar?
-
Düzbucaqlının bir tərəfi o birindən 7 sm böyükdür. Düzbucaqlının sahəsi
60 sm2-dan kiçik olduqda, həmin tərəfin uzunluğu (sm-lə) neçə ola bilər?
-
Araşdırmalar göstərir ki, sürücülərin qarşıdakı maneəyə reaksiya müddətini
(salisələrlə) T(x) = 0,005x2 - 0,23x + 22 funksiyası ilə modelləşdirmək olar.
Burada x sürücünün yaşını göstərir: 16 ≤ x ≤ 70.
a) 16 yaşda; b) 35 yaşda sürücünün reaksiya müddəti neçə salisədir?
c) Hansı yaşda sürücünün reaksiya müddəti' 25 salisədən çoxdur?
Salisə zaman ölçü vahididir və saniyənin 1
60-nə bərabərdir
-
Qutu (ağzı açıq) düzəltmək üçün düzbucaqlı formada olan karton təbəqənin
künclərindən kvadrat formalı hissələr kəsilib çıxarılır və şəkildə göstərilən
qırıq-qırıq xətlər boyunca qatlanıb yapışdırılır.
Ölçüləri 22sm x 30 sm olan kartondan qutu hazırlanmalıdır.
a) Kəsilib çıxarılan kvadrat hissələrin tərəfinin uzunluğunun (sm-lə) hansı
tam qiymətində qutunun həcmi 1200 sm3 olar?
b) Kəsilib çıxarılan kvadrat hissələrin tərəfinin uzunluğunun (sm-lə) hansı
tam qiymətlərində qutunun həcmi ən azı 1200 sm3 olar?
-
Vurulmuş zərbədən sonra topun hərəkətini h(t)= -5t2+ 20t + 1 funksiyası ilə
modelləşdirmək olar. Burada h topun t saniyədən sonra qalxdığı hündürlüyü
(metrlə) göstərir.
a) Top hansı zaman kəsiyində 16 m-dən daha yüksəkdə olacaq?
b) Top hansı zaman kəsiyində ən azı 1 metr yüksəklikdə olur