Nümunə. x2 + 4x + 3 ≤ 0 bərabərsizliyini (x + 1)( x + 3) ≤ 0 şəklində yazaq.
İki vuruğun hasili o zaman mənfi olur ki, vuruqlar əks işarəli olsun.
1-ci hal. (x + 1) > 0 və (x + 3) ≤ 0. Buradan x ≥ -1 və x ≤ -3.
x-in hər iki bərabərsizliyi ödəyən qiymətləri x2 + 4x + 3 ≤ 0
bərabərsizliyinin həllidir. Bu halda x-in belə qiyməti yoxdur.
2-ci hal. (x + 1) ≤ 0 və (x + 3) ≥ 0. Bu iki bərabərsizliyi həll etsək, x ≤ - 1 və x ≥ - 3 olar.
x-in -1 və -3 qiymətləri də daxil olmaqla onlar arasındakı bütün qiymətləri x2 + 4x + 3 ≤ 0 bərabərsizliyinin həllidir: -3 ≤ x ≤ -1