Kvadrat bərabərsizlikləri uyğun parabolanın köməyilə həll etmək üçün:
1. a əmsalına görə parabolanın qollarının istiqaməti müəyyən edilir.
2. Uyğun kvadrat tənliyin həqiqi kökləri (varsa) tapılır, ya da həqiqi
kökünün olmadığı müəyyən edilir.
3. Absis oxu ilə kəsişmə nöqtələrinə görə parabola sxematik təsvir edilir.
4. Parabolanın sxematik təsvirinə görə verilmiş bərabərsizliyə uyğun
işarələrin olduğu intervallar müəyyən edilir.