Şəkildə y = |x+1| və y = 4 funksiyalarının qrafkalkulyatorda qurulmuş qrafikləri verilmişdir. Qrafiki dəftərinizdə çəkin və bu iki qrafikdən istifadə etməklə:
a) |x +1| = 4 tənliyinin;
b) |x+1| < 4 bərabərsizliyinin;
c) |x+1| > 4 bərabərsizliyinin
həllərini göstərin.
Modullu bərabərsizliyi həll edin. Həlli qrafik olaraq təqdim edin. a) bəndinə uyğun qrafik həll şəkildə verilmişdir.
a) | 3 + 2x | ≤ 7
b) |4 - 2x | > 4
c) |3x - 6 | ≤ 6
d) | x -1| < 1 - 2x
e) | x + 2| > 2x +1
f) | x - 3| < x + 1
Avtobus dayanacağı Oqtaygilin evindən 45 m aralıdadır. Dayanacağı indiki yerləşdiyi yerdən ən çoxu 30 m uzağa köçürmək planlaşdırılır. Dayanacağın yeni yerinin Oqtaygilin evindən məsafəsini bərabərsizliklə göstərin.
Atəşfəşanlıqda yaranan müxtəlif rənglər istifadə olunan kimyəvi maddənin yanması ilə əldə edilir.
Rəng | Dalğa uzunluğu |
Ultrabənövşəyi | w < 400 |
Bənövşəyi | 400 ≤ w ≤ 424 |
Mavi | 424 ≤ w ≤ 491 |
Yaşıl | 491 ≤ w ≤ 575 |
Sarı | 575 ≤ w ≤ 585 |
Narıncı | 585 ≤ w ≤ 647 |
Qırmızı | 647 ≤ w ≤ 700 |
İnfraqırmızı | w ≥ 700 |