Bərabərsizliklər heyəti
Verilmiş bərabərsizliklərin heç olmasa birini ödəyən həlli tapmaq tələb olunursa, bərabərsizliklər [ mötərizəsinin köməyilə yazılır və onlara bərabərsizliklər heyəti deyilir. Bərabərsizliklər heyətini həll etmək üçün hər bir bərabərsizliyin həllər çoxluğunu tapıb, bu çoxluqların birləşməsini götürmək lazımdır.
Nümunə. Nərgiz və Elşən ədədlər üzərində qurulmuş oyun oynayırlar. Hər
biri bir ədəd karti çıxarır və üzərinə 5 əlavə edir. Cavab 10-dan kiçik və ya
15-dən böyük olarsa, karti çıxaran xal qazanır. Elşənin bir kart çıxarıb xal
qazandığı situasiyanı bərabərsizliklə ifadə edin.
Həlli. Çıxarılan kartdakı ədəd x olsun. Tələb olunan situasiyanı x + 5 < 10 və ya x + 5 > 15 bərabərsizlikləri ilə, başqa sözlə heyəti ilə ifadə
etmək olar.
heyətini həll edək.
1) x + 5 < 10
x < 10 - 5
x < 5
heyətin 1-ci bərabərsizliyinin həllər
çoxluğu (-∞; 5) aralığıdır.
1) x + 5 > 15
x > 15 - 5
x > 10
heyətin 2-ci bərabərsizliyinin həllər
çoxluğu (10; +∞) aralığıdır.