-
ΔABC-nin daxilinə çəkilmiş çevrənin mərkəzi
O nöqtəsidir. Üçbucağın perimetrinin 48 sm,
AT = 10 sm, TC = 6 sm olduğunu bilərək,
daxilə çəkilmiş çevrənin radiusunu tapın.
-
ΔABC-nin daxilinə çəkilmiş çevrə tərəflərə P, Q və T
nöqtələrində toxunur. Üçbucağın AB, AC tərəflərinin
uzantisına və BC tərəfinə uyğun olaraq M, K, N
nöqtələrində toxunan çevrə çəkilmişdir.
AB = 10 sm, BC = 17 sm, AC = 21 sm
olduğunu bilərək tapın:
a) AP, AT, BP, BQ, CT, CQ parçalarının
uzunluqlarını;
b) BM, CN, CK parçalarının uzunluqlarını;
c) Çevrələrin radiuslarını
-
Katetləri AC = 8, BC = 6 olan düzbucaqlı
ABC üçbucağının daxilinə və xaricinə
çəkilmiş çevrələrin mərkəzləri arasındakı
məsafəni tapın.
-
Şəkildə göstərilən iki düzgün altıbucaqlıdan kiçik
olanın təpələri böyük altıbucaqlının tərəflərinin
ortalarında yerləşir. a və b altıbucaqlıların
apofemləridir. b = olarsa, rəngli hissənin
sahəsini tapın.
-
Şəkildə verilənlərə görə hər bir çevrənin radiusunu tapın.