Parketləmə
Sahənin boşluq qalmayacaq şəkildə fiqurlarla örtülməsi parketləmə adlanır.
Düzgün çoxbucaqlının daxili bucağının dərəcə ölçüsü 360-ın bölənidirsə, bu
çoxbucaqlılarla parketləmə-boşluq qalmadan sahəni örtmək mümkündür.
Düzgün üçbucaq, kvadrat və düzgün altibucaqlıdan istifadə etməklə parketləmə
mümkündür. Lakin düzgün beşbucaqlılarla bunu etmək mümkün deyil. Çünki
onun bir bucağının dərəcə ölçüsü 108°-dir və 108 ədədi 360-ın böləni deyil. Bir
təpədə üç beşbucaqlı ortaq təpəli olarsa, onların bucaqları cəmi 3⋅108° = 324°,
dörd beşbucaqlı ortaq təpəli olarsa, 4⋅108° = 432° olur.
Yalnız düzgün yeddibucaqlı ilə parketləmə aparmaq mümkündürmü?
Yusif ibn Küseyir Türbəsi. Naxçıvan
Memarı. Əcəmi Əbubəkr oğlu Naxçıvani
b) Dəyişənlə işarə edilmiş bucağın dərəcə ölçüsünü tapın. Kompüter proqramlarının köməyilə verilən şəkilləri təkrarlamaqla yeni naxışlar yaradın.
1) Təsvir düzgün altıbucaqlı və düzgün səkkizbucaqlıdan ibarətdir
2) Təsvir düzgün beşbucaqlılardan və kvadratdan ibarətdir.
3) Təsvir düzgün beşbucaqlılardan və düzgün üçbucaqdan ibarətdir.