Tarixi məlumat. B.e.ə. 3-cü əsrdə Arximed π-nin ədədi qiymətini müəyyən etmək üçün çevrənin daxilinə və xaricinə çəkilmiş düzgün çoxbucaqlıların
perimetrindən istifadə etmişdir. Bu üsulla π-nin qiymətini siz də araşdırın.
1. Çevrənin diametrini vahid qəbul etməklə
daxilə çəkilmiş altıbucaqlının perimetrini tapın: Pd = 3
2. Diametri vahid olan çevrənin uzunluğunun π-yə
bərabər
olduğunu göstərin.
3. Çevrənin radiusunu çəkin. Bir tərəfinin uzunluğunu tapmaqla xaricə çəkilmiş
altıbucaqlının perimetrini tapın:
4. Daxilə çəkilmiş altıbucaqlının perimetri < π <
xaricə çəkilmiş altıbucaqlının perimetri bərabərsizliyini yazın: 3 < π <
Arximed çoxbucaqlının tərəflərinin sayını 2 dəfə artırmaqla 12 bucaqlı üzərində
və nəhayət 96 bucaqlı üzərində hesablamalarını davam etdirmiş və π-nin
qiymətinin 31
7 -dən böyük,
311
70 -dən kiçik olduğunu müəyyən etmişdir.