1. Düzgün altıbucaqlının bir tərəfi uzunluqda AB parçasını çəkin.
2. Pərgarla radiusu bu parçanın uzunluğuna
bərabər olan çevrə çəkin.
3. Pərgarın vəziyyətini dəyişmədən çevrə boyu
eyniölçülü hissələri işarələyin.
4. Qeyd olunmuş nöqtələri ardıcıl birləşdirin.
Düzgün altıbucaqlı qurulmuş oldu.
Düzgün A1A2A3A4A5A6 altıbucaqlısının, məsələn, A1, A3, A5 təpələrini cüt-cüt
birləşdirsək, düzgün üçbucaq qurulmuş olar.
Düzgün dördbucaqlını qurmaq üçün çevrənin qarşılıqlı perpendikulyar iki
diametrini çəkmək və onların uclarını ardıcıl birləşdirmək lazımdır.
Çevrə daxilinə düzgün n-bucaqlı çəkilərsə, onun tərəflərinin orta perpendikulyarlarının çevrə ilə kəsişmə nöqtələrini qeyd etsək, alınan nöqtələr düzgün 2n-bucaqlının digər təpələri olur.