- Tərəfi a olan düzgün: a) üçbucağın; b) dördbucaqlının; c) altıbucaqlının
xaricinə və daxilinə çəkilmiş çevrələrin radiuslarını tapın.
Göstəriş. O nöqtəsi verilmiş çoxbucaqlının tənbölənlərinin kəsişmə nöqtəsi
olmaqla sin∠AOH = AH
OA , tan∠AOH = AH
OH bərabərliklərində AH = a
2 , AO = R, OH = r yazın, ∠AOH-ın dərəcə ölçüsünü nəzərə alın və alınan
münasibətlərdən R və r-i a ilə ifadə edin.
- a) Tərəfi 6 sm olan düzgün üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrələrin
radiuslarını tapın.
b) Düzgün üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu 9 sm-dir. Bu üçbucağın
tərəfini və xaricinə çəkilmiş çevrənin radiusunu tapın.
- a) Tərəfi 8 sm olan kvadratın daxilinə və xaricinə çəkilmiş çevrələrin radiuslarını
tapın.
b) Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu 5 sm-dir. Bu kvadratın tərəfini
və xaricinə çəkilmiş çevrənin radiusunu tapın.
- a) Tərəfi 6 sm olan düzgün altıbucaqlının daxilinə və xaricinə çəkilmiş çevrələrin
radiuslarını tapın.
b) Düzgün altıbucaqlının daxilinə çəkilmiş çevrənin radiusu 3 sm-dir. Bu altıbucaqlının
tərəfini və xaricinə çəkilmiş çevrənin radiusunu tapın.
- a) Düzgün altıbucaqlının böyük diaqonalının xaricə çəkilmiş çevrənin diametri
olduğunu şəkil üzərində göstərin. Nəticəni düzgün 2n-bucaqlı üçün
ümumiləşdirin.
b) Radiusu R olan çevrə daxilinə çəkilmiş düzgün altıbucaqlının perimetrini
tapın. Bu altıbucaqlının böyük və kiçik diaqonallarının uzunluqlarını R ilə ifadə
edin.