- Çevrə xaricinə çəkilmiş dördbucaqlının üç tərəfinin uzunluqları 4 sm,
6 sm, 7 sm olarsa, perimetri neçə santimetr ola bilər? Mümkün halları araşdırın.
- Çevrə daxilinə çəkilmiş dördbucaqlının dəyişənlə işarələnmiş bucaqlarının
dərəcə ölçülərini tapın.
- a) Çevrə daxilinə çəkilmiş trapesiyanın bərabəryanlı olduğunu göstərin.
b) Göstərin ki, çevrə xaricinə çəkilmiş bərabəryanlı trapesiyanın orta xətt
yan tərəfinə bərabərdir.
c) Çevrə daxilinə və xaricinə paraleloqramlar çəkin. Bu hansı halda mümkündür?
Paraleloqramın növünü müəyyən edin.
- Şəkildə verilənlərə görə çevrə xaricinə çəkilmiş trapesiyanın perimetrini və
sahəsini tapın.
-
a) Dördbucaqlının daxilinə çevrə çəkmək mümkündürsə, bu
çevrənin radiusu üçün r = 2S
P düsturunun doğru olduğunu
göstərin. Burada S dördbucaqlının sahəsi, P isə perimetridir.
Göstəriş. SABCD = SΔAOB + SΔBOC + SΔCOD + SΔAOD olduğunu nəzərə alın.
b) Radiusu 5 sm olan çevrə xaricinə çəkilmiş dördbucaqlının qarşı
tərəflərinin cəmi 26 sm olarsa, bu dördbucaqlının sahəsini tapın.
-
Oturacaqları 6 sm və 1 sm, yan tərəflərindən biri isə 4 sm olan trapesiyanın
daxilinə çəkilmiş çevrənin uzunluğunu tapın.
-
Diametri AD olan çevrə daxilinə çəkilmiş ABCD
trapesiyasında BC = 6 sm, ∠CBD = 30° olarsa,
çevrənin radiusunu və trapesiyanın sahəsini tapın.
-
Diaqonalları 6 sm və 8 sm olan rombun daxilinə çəkilmiş çevrənin diametrini
tapın.