- Qabarıq altibucaqlının daxili bucaqları 90°, 110°, 120°, 124° və 116°-dir.
Altibucaqlının naməlum daxili bucağını və həmin təpədəki xarici bucağı tapın.
- Düzgün çoxbucaqlının verilən xarici bucağına görə tərəflərinin sayını tapın.
1) 72°
2) 40°
3) 36°
4) 30°
- Düzgün çoxbucaqlının verilən daxili bucağına görə tərəflərinin sayını tapın.
1) 120°
2) 150°
3) 140°
4) 160°
-
a) Şəkildə evin damının öndən
görüntüsü təsvir edilmişdir. Qeyd
olunmuş işarələmələrə görə hər
bir bucağın dərəcə ölçüsünü yazın.
b) Şəkildə düzgün səkkizbucaqlı şəklində
olan STOP işarəsi üzərində MNR
üçbucağı təsvir edilmişdir.
Bu üçbucağın tərəflərinə görə növünü
müəyyən edin.
-
a) Şəkildə çadırın öndən
görünüşü verilmişdir. Dəyişənlə
işarələnmiş bucaqların
dərəcə ölçülərini tapın.
b) Çoxbucaqlının daxili bucaqları şəkildə
göstərilən ölçüdə konqruyent bucaqlar
ardıcıllığından ibarətdir. Xarici bucaqlarından
istifadə etməklə çoxbucaqlının
tərəflərinin sayını tapın.
- Düzgün çoxbucaqlının daxili bucaqlarının cəmi xarici bucaqlarının cəmindən
11 dəfə böyükdür. Bu çoxbucaqlının neçə tərəfi var?
- n = 10; n = 30; n = 50 olduqda düzgün çoxbucaqlının daxili və xarici
bucaqlarını tapın.
Şəkildə f1(n) = 180°n - 360°
n və f2(n) = 360°
n
funksiyalarının qrafikləri verilmişdir.
n-in qiyməti artdıqca, düzgün çoxbucaqlının daxili və xarici bucağının
dərəcə ölçüsünün dəyişməsini təqdim edin.