Nümunə. Düzgün çoxbucaqlının bir təpəsindəki xarici bucağı 60°-dir.
a) çoxbucaqlının daxili bucağının dərəcə ölçüsünü;
b) çoxbucaqlının tərəfləri sayını tapın.
Həlli. a) Daxili bucaq + Xarici bucaq = 180°; Daxili bucaq = 180° - 60° = 120°
b) 360°
n = 60°
n = 360°
60° = 6
Öyrənmə tapşırıqları
1) Qabarıq çoxbucaqlının daxili bucaqlarının cəmi 1800°-dir. Bu çoxbucaqlının: a) neçə tərəfi; b) neçə diaqonalı var?
2) Düzgün: a) altibucaqlının; b) onbucaqlının daxili və xarici bucaqlarının dərəcə ölçülərini tapın.
3) Düzgün çoxbucaqlının daxili bucaqlarının cəmi 1080°-dir. Bu çoxbucaqlının hər bir daxili və xarici bucağının dərəcə ölçüsünü tapın.
Tərəflərinin sayı n = 8; n = 9; n = 12; n = 15 olan düzgün çoxbucaqlının daxili və xarici bucağının dərəcə ölçüsünü tapın.
Diaqonallarının sayı 27 olan qabarıq çoxbucaqlının daxili bucaqlarının cəmini tapın.
Düzgün çoxbucaqlının xarici bucağı daxili bucağının 25%-i qədərdir.
Çoxbucaqlının tərəflərinin sayını tapın.
Qabarıq beşbucaqlının daxili bucaqları 60°, 80°, 120°, 140° olarsa, beşinci bucağının dərəcə ölçüsünü tapın.