Qabarıq çoxbucaqlı
Qabarıq çoxbucaqlı istənilən tərəfini saxlayan düz xəttin ayırdığı yarımmüstəvilərdən birində yerləşir.
Çökük çoxbucaqlı
Çökük çoxbucaqlı heç olmasa bir tərəfindən keçən düz xəttin ayırdığı müxtəlif yarımmüstəvilərdə yerləşir.
Qabarıq çoxbucaqlının daxilində götürülmüş istənilən iki nöqtəni birləşdirən parça bütünlüklə çoxbucaqlının daxilində yerləşir.
Qabarıq çoxbucaqlının verilmiş təpədən çıxan iki tərəfinin əmələ gətirdiyi və çoxbucaqlının daxil olduğu bucağa, həmin təpədəki daxili bucaq deyilir. Qabarıq çoxbucaqlının daxili bucağına qonşu olan bucağa çoxbucaqlının xarici bucağı deyilir. Şəkildəki qabarıq beşbucaqlıda α, β, δ, θ, γ daxili bucaqlar, α', β', δ', θ', γ' xarici bucaqlardır. Qabarıq çoxbucaqlının istənilən təpəsindəki daxili və xarici bucaqlarının (hər təpədəki xarici bucaqlardan biri götürülməklə) cəmi 180°-yə bərabərdir.
Bütün tərəfləri və bütün bucaqları konqruyent olan çoxbucaqlı düzgün çoxbucaqlı adlanır.
n tərəfi olan çoxbucaqlıya n-bucaqlı da deyilir. Qabarıq n-bucaqlının bir təpəsindən (n - 3) sayda diaqonal çəkmək olar.Öyrənmə tapşırıqları