Tərəf-tərəfə bölmə üsulu ilə tənliklər sistemini həll edin.
Tənliyi həll edin.
Qutuda ağ və qırmızı kürələr var. Ağ kürələrin sayı qırmızı kürələrin sayından dörd ədəd çoxdur.
a) Təsadüfən çıxarılan kürənin ağ olması ehtimalı 0,7 olarsa, qutuda cəmi neçə kürə var?
b) Bu qutuya hər birindən eyni sayda olmaqla bir neçə ağ və qırmızı kürə əlavə edildikdən sonra təsadüfən çıxarılan kürənin ağ olması hadisəsinin ehtimalı 0,6 oldu. Qutuya neçə kürə əlavə olundu?
Tənliklər üçün uyğunluğu müəyyən edin.
A) köklərinin cəmi 1-ə bərabərdir
B) köklərinin cəmi 4-ə bərabərdir
C) köklərinin cəmi 8-ə bərabərdir
D) köklərinin hasili -6-ya bərabərdir.
Düz bucaq təpəsindən iki cisim onun tərəfləri boyunca eyni vaxtda hərəkətə başlayır və 3 saniyədən sonra onlar arasındakı məsafə 15 m olur. Birinci cismin 3 saniyədə getdiyi məsafənin ikincinin 4 saniyədə getdiyi məsafəyə bərabər olduğunu bilərək, onların sürətlərini tapın.
İsbat edin ki, y = x2 + 4 parabolası ilə y - x + 3 = 0 düz xətt kəsişmir.
Düzbucaqlının uzunluğu 60 m, eni isə 8 m-dir. Bu düzbucaqlının eni və uzunluğunu neçə metr azaltmaq lazımdır ki, onun sahəsi 2 dəfə, perimetri isə 44 m kiçilsin?
a-nın hansı qiymətlərində tənliklər sisteminin yeganə həlli var?
tənliklər sistemi verilmişdir. Qrafikləri sxematik təsvir etməklə müəyyən edin:
a) a-nın hansı müsbət qiymətlərində sistemin iki həlli var?
b) a-nın hansı qiymətində sistemin üç həlli var?
c) a-nın elə qiyməti' varmı ki, sistemin 4 həlli olsun?