- Düzbucaqlı üçbucağın hipotenuzu 17 sm-dir. Katetlərin hər birini 3 sm
kiçiltsək, alınan üçbucağın hipotenuzu 13 sm olar. Əvvəlki düzbucaqlı
üçbucağın sahəsini tapın.
- Düzbucaqlı üçbucağın sahəsi 27 sm2 -ə bərabərdir. Onun katetlərinin hər birini
1 sm böyütsək, onda üçbucağın sahəsi 35 sm2 -ə bərabər olar. Üçbucağın
katetlərini tapın.
- İki boru birlikdə işləsə, çən 12 dəqiqəyə dolar. Əvvəlcə çənin yarısını bir boru
ilə, sonra qalan yarısını o biri boru ilə doldursalar, bu çən 25 dəqiqəyə dolar.
Hər boru təklikdə işləsə, çən neçə dəqiqəyə dolar?
- İki fəhlə təmir işini 10 günə yerinə yetirə bilər. Onlar 7 gün birlikdə işlədikdən
sonra ikinci fəhlə təklikdə daha 9 gün işlədi və işi qurtardı. Hər fəhlə bu işi
təklikdə neçə günə yerinə yetirə bilər?
- Aralarındakı məsafə 80 km olan A və B şəhərlərindən eyni zamanda iki avtomobil
qarşı-qarşıya yola düşdü. Rastlaşdıqdan 20 dəqiqə sonra
avtomobillərdən biri B-yə, 45 dəqiqə sonra isə digəri A-ya çatdı.
Avtomobillərin sürətlərini tapın.
- Sərnişin metroya hərəkət edən eskalator üzərində yeriyərək 24 saniyəyə ,
tərpənməz eskalator üzərində həmin sürətlə yeriyərək 42 saniyəyə enir.
Sərnişin metroya hərəkət edən eskalator üzərində dayanmaqla neçə saniyəyə
enər?
- Gilasın bir kiloqramının qiyməti 3 manat olanda bazarda 12 000 kq tələbə
qarşı 16 000 kq məhsul var idi . Gilasın bir kiloqramının qiyməti 1,50 manata
endikdə bazarda 10 000 kq məhsul olduğu halda, 14 000 kq məhsula tələb
var idi. Gilasın tələb və təklif qiyməti ilə onların miqdarı arasında (tələb-qiymət,
təklif-qiymət) xətt asılılığın olduğunu şərtləşərək, təklifin tələbi
ödədiyi halda satişa çıxarılan gilasın miqdarını və 1 kq-nın qiymətini müəyyən
edin.
Göstəriş: Gilasın miqdarını x (min kiloqramla), 1 kq
gilasın qiymətini y (manatla) qəbul edin.
(16; 3) və (10; 1,5) nöqtələrinin y – y1 = k(x – x1) düz
xəttin tənliyində nəzərə almaqla (təklif-qiymət)
asılılığı yazın. Analoji olaraq tələbqiymət
asılılığını (12; 3) və (14; 1,5) nöqtələrinə görə yoxlayın.