- Rəqəmləri cəmindən 4 dəfə böyük, rəqəmləri hasilindən isə 3 dəfə böyük
olan ikirəqəmli ədədi tapın.
- a) Fərqi 4-ə bərabər olan iki ədədin cəmi onların hasilindən 5 vahid böyükdür.
Ədədləri tapın.
b) İki ədədin hasili onların cəmindən 29 vahid böyükdür. Ədədlərdən birinə
digərinin 2 mislini əlavə etsək, cəm 19-a bərabər olar. Ədədləri tapın.
- Güləndamın iki bank hesabı var: 4,5% sadə faiz artımı ilə və 6% sadə faiz
artımı ilə. 6%-lik hesabdakı məbləğ 4,5%-lik hesabdakı məbləğdən 3 dəfə çoxdur.
Güləndamın iki hesabdakı pulu bir ildən sonra cəmi 4225 manat olarsa,
o hər hesabına əvvəlcə neçə manat pul qoymuşdu?
|
4,5% |
6% |
İlkin məbləğ |
x |
y |
İllik artim |
0,045x |
0,06y |
Cəmi |
4225 |
Cədvəli araşdırın, dəftərinizdə yenidən çəkin. Məsələni tənliklər sistemi
qurmaqla həll edin.
- A təmizləyici mayesində 25% turşu, B təmizləyici mayesində isə 50% turşu
var. Tərkibində 35% turşu olan 10 litr təmizləyici maddə hazırlamaq üçün hər
təmizləyici növündən neçə litr qarışdırmaq lazımdır?
Göstəriş: 25%-li təmizləyici mayenin miqdarını x, 50%-li təmizləyici mayenin
miqdarını y qəbul etməklə verilən məlumati cədvəldə yazaq.
|
25%-li |
50%-li |
35%-li% |
Mayenin miqdarı |
x |
y |
x + y |
Turşunun miqdarı |
0,25x |
0,5y |
0,25x + 0,5y |
Tənliklər sistemini həll etməklə məsələdə tələb
olunanları tapmaq olar.
- Fabrikdə ipək paltarlar istehsalında xalis ipək sapdan və 85%-i ipək olan
sapdan istifadə edilir. Tərkibində 96% ipək olan 120 kq sap almaq üçün
hər növ sapdan neçə kiloqram lazımdır?
- Düzbucaqlının diaqonalı 15 sm-dir. Onun tərəflərindən birini 6 sm, digərini
8 sm kiçiltsək, perimetr 3 dəfə kiçilər. Verilmiş düzbucaqlının sahəsini tapın.